tərəfindən

Oracle Academy Günü 2015

Oracle Academy təqdim etdiyi ödənişsiz və peşəkar kurrikulum, proqram təminatı, müəllimlər üçün təlimlər və sertifikat resurslaı ilə Azərbaycan daxil olmaqla 96 ölkədə 2,2 milyon tələbəni dəstəkləməkdədir.

OracleOracle Academy Günü 2015’də bizə qoşularaq:

Bolonya prosesi ilə qəbul edilən bir çevrəsi olan European Qualifications Framework (EQF) standartlarına uyğun və akademik yönümlü təkmilləşdirilmiş müstəqil Oracle Java və Verilənlər bazası kurrikulum, proqram təminatı və sertifikat resurslarını əldə edə biləsiniz,
Mütəmadi Peşəkar İnkişafı (Continuing Professional Development – CPD) dəstəkləyən Oracle Java və Verilənlər bazası ödənişsiz kurslarına yazıla bilərsiniz,
Müxtəlif universitetlərin müəllimlərinin bir araya gələrək bilik və vərdişlərinin mübadiləsində iştirak edə bilərsiniz,
Oracle və Java texnologiyalarına dair ən yeni bilgiləri Oracle ve sənaye mütəxəssislərindən ala bilərsiniz,
Uşaqların xəyallarındakıları kodlaşdırmasını dəstəkləmək üçün yola çıxan Robincode sosial şəbəkəsi ilə tanış ola bilərsiniz,

Oracle Academy Günü 2015 Bakıda bizə qoşulmanızdan məmnuniyyət duyacağıq.

http://bakujug.com/oracle_academy_day_event.html

Share Button
tərəfindən

“Web Services” seminarımızdan görüntülər

11313105_1637562236477690_8052060208646929601_o11406220_1637562239811023_9115903042476956888_o11411599_1637562293144351_418213664303160719_o  11425171_1637562269811020_2186417919853279246_o11402639_1637562266477687_7281203347332401812_o11393320_1637562393144341_7345515348182197170_o 11402291_1637562289811018_8617615657704874673_o   11270697_1637562296477684_7380113640510592023_o10344297_1637562279811019_5535997068961481248_o  11423899_1637562246477689_2407242823683252862_o11415560_1637562276477686_4679173466930036433_o11415590_1637562386477675_6193732307878075466_o

Share Button
tərəfindən

Baku JUG Web Services seminarı

Hörmətli istifadəçilər ,
Baku JUG və KES-in təşkilatı dəstəyi ilə “Java Web Services” mövzusunda seminar planlaşdırırıq.Seminarın bu dəfəki qonağı Baku JUG – ın təsisçisi Murad İmanbaylidir.

İştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
ONLINE QEDİYYAT: KES.AZ/SEMINAR

Ünvan : Bakı ş., Murtuza Muxtarov küç. 179/71
Nizami m. və Caspian Plazanın yaxınlığı,
Favorit market və Sağlam Həyat tibb mərkəzi ilə üzbəüz binanın 3-cü mərtəbəsi.

Seminarın facebook eventi:https://www.facebook.com/events/1451300988497155/

Tel : (+994 12) 436 77 08
Mob : (+994 55) 860 40 11

08

Share Button
tərəfindən

“Java Enterprise Edition nədir ?” seminarımızdan görüntülər

DSCN0577
DSCN0593DSCN0597DSCN0591  DSCN0594  DSCN0566DSCN0572DSCN0573DSCN0576  DSCN0579DSCN0584DSCN0590

Share Button
tərəfindən

Java Enterprise Edition nədir ? seminarı

Hörmətli istifadəçilər ,
Baku JUG və Orient-ITM şirkətinin təşkilatı dəstəyi ilə “Java Enterprise Edition Nədir” mövzusunda seminar planlaşdırırıq.Seminarın bu dəfəki qonağı İstanbul JUG – un təmsilçisi Rahman Usta dır .
Rahman kurumsal Java və Java 8 (ebook) kitablarının da müəllifidir , həmçinin Java EE təlimləri keçməkdədir.Seminarda aşağıdakı mövzulara toxunulacaq.

Qeydiyyat linki:

http://goo.gl/forms/nn2fdQT6Ty

Qeyd:Seminara buraxılış üçün qeydiyyat vacibdir və yerlər məhdud saydadır.Qeydiyyat tamamlandıqdan sonra iştirakçilar siyahısı burada açıqlanacaqdır.

Çıxış planı aşağıdakı kimi olacaq:
1.Java User Grupları nədir ?
2.JSR və Java Standartları
3.Java Community Process nədir ?
4.Java Enterprise Edition və qavramları
5.Coffee break
6.Sual və Cavablar

seminar-poster

Share Button
tərəfindən

Java`da WhatsApp APİ ilə mesaj göndərmək

Araşdırmalardan belə başa düşdüm ki, yazılmış ən yaxşı WhatsApp API PHP`də yazılmış bu api`dir:

https://github.com/venomous0x/WhatsAPI

Bu api`nin java`da yazılmış versiyasını tapdım – https://github.com/sumppen/WhatsApi4J və bütün işlərə onun üzərindən davam etdim. Bu api maven`da yazılmışdı və demək olar ki, tamamilə console app idi, ancaq cmd ilə test etmək mümkün idi. Bunu rahat şəkildə başa düşmək və gələcəkdə jar`ını alıb proyektlərinizin içində rahat istifadə etmək mümkün olsun deyə üzərində bəzi redaktələr edib adi java application`a çevirmişəm. Proqramın son dəyişilmiş halını bu linkə daxil olmaqla; əgər github account`unuz varsa  repository`ni qeyd olunan linkdən fork edərək github proqramı vasitəsilə istədiyiniz folder`ə clone edib rahatlıqla netbeans`də açıb istifadə edə bilərsiniz. Əgər account`unuz yoxdursa, “Download ZIP” butonuna tıklamaqla proqramı komputerinizə yükləyə bilərsiniz. İstifadə olunan jar faylarının hamısı proyekt papkasının içindəki dist\lib altpapkasında mövcuddur. Əgər proyekti clean-build edəcəksinizsə, əvvəlcədən bu jar fayların kopyasını alıb kompyuterinizdəki başqa bir papkada saxlamağınız lazımdır.

İndi cəmi 3 addıma rahat mesaj göndərə biləcəksiniz.

Ancaq aşağıda yazılanları etməzdən əvvəl ən sonda yazılan “Qeyd”i oxumağınız şiddətlə tövsiyə olunur, əks halda nömrəniz WhatsApp tərəfindən servisdənkənar edilə bilər.

Addımlara keçmədən öncə bilməli və daxil etməli olduğunuz parametrlər var. net.sumppen.whatsapi4j.example paketinin ExampleApplication class`ında aşağıdakı dəyişənlərin qiymətləri öncədən təyin edilməlidir.


static String username = "YourPhoneNumber";   //Example: "994707351114"
static String password = "";    //Generate by WhatsApp, example: "OcsRdOE+ziJdNRljnsOU5Ee6W5c="
static String identity = "IMEI";    //example: "864877021261702"   p.s. type *#06# on your phone screen
static String nickname = "nickname";    // example: "MushfiqMammadov"

usernamebura qeydiyyatdan keçmək istədiyiniz telefon nömrənizi qeyd etməlisiniz. Nömrə ölkə kodu da daxil edilməklə bütöv formada yazılmalıdır, example`də göstərildiyi kimi.
passwordbura WhatsApp`ın özü tərəfindən generate olunmuş password yazılmalıdır. Buranı birinci və ikinci addımda mütləq boş qoymalısınız, əgər proses uğurla davam etsə bu ancaq sizə 3-cü addımda lazım olacaq.
identitybura telefonunuzun IMEI kodu yazılmalıdır. IMEI kodunu öyrənmək üçün telefonun ekranında *#06# yazmaq kifayətdir.
nicknameAdından da görüldüyü kimi nickname yazılır.

Yuxarıda qeyd edilən dəyişənlərə müvafiq dəyərlər mənimsədildikdən sonra artıq addımlara keçə bilərik. Addımlarda bu proseslər icra ediləcək:

  1. request
  2. register
  3. send

1-ci addım:
Proqramı run edirsiz və Netbeans`in konsolunda $ işarəsindən sonra “request” yazırsız və sendRequest metodu işə düşür. Sizin başlanğıcda təyin etdiyiniz parametrlər WhatsApp tərəfindən yoxlanılır və sizə bu parametrlərə uyğun response qaytarılır. Əgər proses uğurla başa çatarsa konsolda aşağıdakı məzmunda yazı print olunacaq və proqram sonlanacaq:

Event code_request: phoneNumber=994707351114
Registration sent: {
 “length”: 6,
 “method”: “sms”,
 “retry_after”: 1805,
 “status”: “sent”
}
$ Done! Logging out

Əgər status=send olarsa, bu o deməkdir ki, artıq qeyd etdiyiniz telefon nömrəsinə WhatsApp tərəfindən 6 rəqəmli kod göndəriləcək və sms`i qəbul etdikdən sonra ikinci addıma keçə bilərsiniz.

request code whatsapp

Əgər proses uğurla başa çatmazsa, aşağıdakı məzmunda yazı görəcəksiniz:

Event code_request_failed: phoneNumber=994707351114
Caught exception: There was a problem trying to request the code. Status=fail
Event disconnect: phoneNumber=994707351114

Status=fail olacaq və proqram sonlacaq (Səbəbləri müxtəlif ola bilər).

2-ci addım:
Proqramı run edirsiz və Netbeans`in konsolunda $ işarəsindən sonra “register” yazırsız və sendRegister metodu işə düşür. Konsolda “Code: ” yazısı görəcəksiniz və sizdən kodun daxil edilməsini istəyəcək. Telefonunuza sms`lə gələn həmin 6 rəqəmli kodu (defissiz, ancaq rəqəmlər olmaqla) daxil edəcəksiniz. Əgər proses uğurla başa çatarsa konsolda aşağıdakı məzmunda yazı print olunacaq və proqram sonlanacaq:

$ register
Code: 703082
Event code_register: phoneNumber=994707351114
{
 “cost”: “0.99”,
 “currency”: “USD”,
 “expiration”: 1456419345,
 “kind”: “free”,
 “login”: “994707351114”,
 “price”: “US$0.99”,
 “price_expiration”: 1427558137,
 “pw”: “ieG5MsrFL5Gjo3a4VOvfG644N/U=”,
 “status”: “ok”,
 “type”: “new”
}
$ Done! Logging out

Burada json formatında qayıdan response`da “pw” dəyişəninin dəyəri – “ieG5MsrFL5Gjo3a4VOvfG644N/U=” 3-cü addımda sizə lazım olacaq. Bu dəyişən WhatsApp tərəfindən xüsusi alqoritm vasitəsilə generasiya olunmuş açar sözünü göstərir.

3-cü addım:
Əgər diqqət yetirdinizsə ilkin parametrlərin dəyərlərini mənimsədərkən password dəyişənin dəyərini boş olaraq təyin etmişdik və qeyd etmişdik ki, bu dəyişənin dəyəri 3-cü addımda mənimsədiləcək. Artıq 2-ci addımda əldə etdiyimiz “pw” dəyişəninin dəyərini password`a mənimsədirik:


static String password = "ieG5MsrFL5Gjo3a4VOvfG644N/U=";

Bundan sonra proqram run edilir. Bu dəfə password`un dəyəri boşluq olmadığından əvvəlki addımlardan fərqli olaraq loginWithPassword metodu işə düşür və sistemə qoşulmağa cəhd edilir. Əgər cəhd uğurlu alınarsa, konsolda “loginstatus=CONNECTED_STATUS” yazısını görəcəksiniz və $ işarəsindən sonra “send” yazaraq sendMessage metodunu başlatmış olacaqsınız. sendMessage metodu işə düşər-düşməz konsolda sizdən iki parametr daxil etməyinizi istəyəcək:

1) To:         //mesaj göndərmək istədiyiniz nömrə, nümunə: 994707118199

2) Message:    //mesajın mətni

Bundan sonra artıq proqramın axışını konsoldan izləyə bilərsiniz. Mesajlaşma mexanizmi socket`lə işlədiyindən mütəmadi olaraq WhatsApp`ın serverlərinə qoşulur və operativ olaraq yeni məlumatlar konsolda öz əksini tapır; sizin yazdığınız mesajın server tərəfindən qəbul edilməsi (WhatsApp Messenger`də gördüyünüz bir xətt), mesajı göndərdiyiniz nömrənin onu qəbul etməsi (2 xətt), mesaj göndərdiyiniz nömrənin sizə cavab yazması (typing) və s.

send_message_whatsapp

Bu proqramı koddan anlayışı olmayan adi istifadəçilər də istifadə edə bilsin deyə əlavə servis və client app də yazmışdım, hansı ki, burada arxa fonda baş verən bütün proseslər avtomatlaşdırılmış və görsəlləşdirilmişdi, istifadəçiyə ancaq inputa parametrləri daxil edib butona klikləmək qalırdı. Ancaq ikinci nömrəm də WhatsApp tərəfindən servisdənkənar edildiyinə görə həvəsdən düşdüm və əlavə başqa görüləsi işlərim olduğundan prosesi yarımçıq saxladım, ola bilsin gələcəkdə yenidən bu məsələyə bir də qayıdım.

Qeyd: Hazırda telefonunuzda aktiv WhatsApp istifadə etdiyiniz nömrə ilə bu proqram vasitəsilə register ola bilməzsiniz. WhatsApp`ın qaydalarına görə bir nömrə eyni vaxtda ancaq bir qurğuda istifadə oluna bilər, bu proqram vasitəsilə register olmaq istədikdə bu cəhdi artıq əlavə qurğu kimi görür. Əgər bunu etməyə cəhd etsəniz və WhatsApp bu konflikti qeydə alsa, nömrəniz WhatsApp tərəfindən müəyyən müddətlik (bir neçə dəqiqə və ya saat) blok ediləcək. İkinci bir məsələ, yəqin ki, çoxlarınız da mənim kimi eyni vaxtda bir neçə nömrəyə mesaj göndərmək istəyəcək)) Bunu qətiyyən məsləhət görmürəm!  WhatsApp kontaktımda olan 46 nömrə seçib, həmin nömrələri massivə yığıb dövrə salaraq eyni vaxtda mesaj göndərmişdim. 11 nömrəyə mesaj gedib çatdı və sonra nömrəm avtomatik olaraq logout oldu. Ondan sonra dəfələrlə login olmağa cəhd etdim, xeyri olmadı. Yenidən request göndərdim, alınmadı. Telefonumda həmin nömrə ilə WhatsApp proqramının işləyib işləməməsini yoxlamaq istədikdə isə bu bildirişlə rastlaşdım:

block_number

Nömrə birdəfəlik olaraq servisdənkənar edilib. Sonradan öyrəndim ki, toplu şəkildə mesaj göndərmək EULA`ya (WhatsApp Legal) ziddir. Bu APİ`ni yazanlar da toplu şəkildə mesaj göndərməyi məsləhət görmürlər. Ona görə də bu məsələlərdə diqqətli olmaq lazımdı, əks halda nömrələriniz WhatsApp tərəfindən blok oluna bilər. Əgər belə APİ `lərdən istifadə etmək istəyirsinizsə, çalışın aktiv istifadə etdiyiniz nömrə ilə register olmayasınız.

Share Button
tərəfindən

İstanbul JUG təşkilatçılığı ilə Voxxed Days İstanbul

İstanbul JUG hər il olduğu kimi bu ildə böyük bir tədbir keçirir.Tədbirə bir çox ölkədən qonaqlar və məruzəçilər gələcək.Bu tədbirdə Gojko Adzic , Arun Gupta , Çağatay Çivici , Gavin King və s. kimi 24 tanınmış simanın Mobile , Java , JVM , WEB və s. mövzularda  çıxışları olacaq .Tədbir 9 May tarixində İstanbul Point Hotel Barbarosda baş tutacaq.Burdan qatılmaq istəyənlər üçün  Baku JUG üzvlərinə 10% lik bir endirim mövcuddur .Endirimdən faydalanmaq istəyənlər admin@bakujug.com e-poçtu ilə əlaqə saxlaya bilərlər. Tədbirə öncədən və sonradan qeydiyyat mümkündür.

  • 17 Yanvar – 15 Fevral tarixləri arası qeydiyyat 190 TL (Baku JUG üzvləri üçün 171 TL )
  • 16 Fevral  – 8 May tarixləri arası qeydiyyat 275 TL (Baku JUG üzvləri üçün 248 TL)

Tədbir haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiz https://www.voxxed.com/days-istanbul15/

Share Button
tərəfindən

Proqramçılar günü təbrik edirik.

Baku JUG olaraq öz növbəmizdə  bütün üzvlərimizin proqramçılar günü təbrik edir və bugdan uzaq  clean codlar arzulayırıq :)

Proqraçılar günün tarixi haqqında

Proqramçılar günü — bir “bayt” ın sahib ola biləcəyi 256 fərqli dəyərin tapılması səbəbiylə ilin 256-cı günü (normalda 13 sentyabr, artıq illərdə yəni fevral 29 gün olduğu illərdə 12 sentyabr) qeyd olunması təklif edilən gündür. programmerday.info saytının logosunda onlu sistemdə 255′e bərabər olan 1111 1111-in olması, bu ədədin “256-cı dəyər” i təmsil etməsiylə açıqlanır.

http://az.wikipedia.org/wiki/Proqram%C3%A7%C4%B1lar_g%C3%BCn%C3%BC

 

Share Button
tərəfindən

Java SE – yeni başlayanlar üçün

Share Button
tərəfindən

Baku JUG Java Düşərgəsi [Müvəqqəti olaraq bağlanıb]

bjug-camp

Baku JUG olaraq Neft Akademiyasında baş tutan uğurlu seminarımızdan sonra iştirakçıların Javaya qarşı olan maraq və istəkləri bizi Java öyrənmək istəyənlər üçün bir fikrə – “Baku JUG düşərgəsi” yaratmaq fikrinə gətirib çıxartdı.Hər kəsin yararlana biləcəyi bu düşərgə müəyyən kurs müddətindən ibarət olacaq və imtahandan keçərək bu kursdan ödənişsiz şəkildə yararlana bilinəcək.

İmtahan saat 1-də Azərbaycan Dövlət Neft Akademiyası 1324 otaqda və ITEDU da keçiriləcək.

İmtahan ərzində 20 məntiq sualı təqdim olunacaq.Verilən müddət isə 40 dəqiqədir.

İmtahanın tarixi  yaxın zamanda elan ediləcəkdir.

Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz(admin@bakujug.com)

Share Button